Az | EN

Ötən həftə ən çox investisiya alan startaplar

Nail Valiyev
24 Aprel 2023 10:48
461 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

1. Enveda Biosciences- Hesablama biologiyası, süni intellekt və ənənəvi dərman kəşfi üsullarını birləşdirən platformadan istifadə edərək yeni dərman vasitələrinin kəşfi və inkişafı ilə məşğul olan startap $51 mln investisiya əldə edib.

2. Semgrep- Proqram təminatının təhlükəsizliyini yoxlamaq üçün istifadə edilən analiz aləti Semgrep $53 mln yatırım alıb.

3. Odeko- $53 mln investisiya əldə edən Odeko qida və içki sənayesindəki kiçik müəssisələr üçün biznes səviyyəli proqram platforması təqdim edir.

4. Unchained- Bitkoinlə dəstəklənən kreditlər və bitkoin sahibləri üçün digər maliyyə xidmətlərini təklif edən startap $60 mln investisiya alıb.

5.  EdgeQ- $75 mln yatırım alan EdgeQ kənar hesablama tətbiqləri üçün 5G və süni intellekt texnologiyalarının işlənib hazırlanmasında ixtisaslaşan yarımkeçirici startapıdır.

6.  MedShift- Uzaqdan xəstə monitorinqi, rəqəmsal sağlamlıq həlləri daxil olmaqla, səhiyyə sahəsinə bir sıra xidmətlər təqdim edən MedShift $108 mln investisiya əldə edib.

7. Noah Medical- $150 mln investisiya alan Noah Medical xəstələrin diaqnozu və müalicəsi üçün yeni nəsil robot platformasından istifadə edərək tibbi robototexnika hazırlayır.

8. EquipmentShare- Tikinti sənayesini avadanlıq və rəqəmsal həllərlə təmin edən startap $290 mln yatırım alıb.

© copyright 2022 | tech.az | info@tech.az