1. Quince - keyfiyyətli moda və ev əşyalarını fabrikdən aşağı qiymətlərlə satan sərfəli lüks brend olan bu startap $77 mln yatırım alıb.

2. Nido Biosciences - nevroloji xəstəliklər üçün dərmanlar hazırlayan biotexnoloji startap olan Nido Biosciences $87 mln investisiya əldə edib.

3. Ray Therapeutics - $100 mln investisiya alan Ray Therapeutics retinitis piqmentozu olan insanların görmə qabiliyyətini bərpa etməyə çalışan startapdır.

4. Eagle Eye Networks - Fiziki təhlükəsizliyin təmin edilməsi üçün bulud əsaslı video nəzarəti təklif edən bu startap $100 mln investisiya əldə edib.

5. Boundless Bio- $100 mln yatırım alan biotexnologiya startapı Boundless Bio onkogenlə gücləndirilmiş xərçəngi olan xəstələr üçün ekstraxromosomal DNT-yə qarşı yönəlmiş terapevtiklər hazırlayır.

6. Restaurant365 - Restoranlar üçün müəssisə idarəetmə proqram təminatı təklif edən, həmçinin, mühasibat uçotu, əmək haqqı, təchizat zənciri və s. məsələlərini həll etməyə kömək edən startap $135 mln investisiya əldə edib.

7. Tipalti - qlobal kreditor borcları əməliyyatlarını avtomatlaşdırmaq üçün həll yolu təklif edən Tipalti $150 mln yatırım alıb.

8. Gradiant- $225 mln investisiya əldə edən startap sudan istifadəni azaltmaq və tullantı sularının təmizlənməsi sistemlərinin qurulması üçün texnologiya hazırlayır.

