1. Larkspur Biosciences - Xərçənglə mübarizə üçün yeni nəsil immunoterapiyaları inkişaf etdirən bu startap $36 mln yatırım alıb.

2. Episode Six - İstehlakçılar və bizneslər üçün fərqli maliyyə və ödəniş məhsulları yaradan bulud əsaslı maliyyə platforması olan Episode Six $48 mln investisiya əldə edib.

3. NYMBUS - $70 mln investisiya alan NYMBUS maliyyə institutlarının inkişafı üçün bank texnologiyası həlləri təmin edən startapdır.

4. Tools For Humanity - Proqram təminatının hazırlanması, informasiya texnologiyaları, rəqəmsal marketinq və reklam xidmətləri üzrə ixtisaslaşmış bu startap $115 mln investisiya əldə edib.

5. Carmot Therapeutics- $150 mln yatırım alan startap piylənmə və diabet də daxil olmaqla metabolik xəstəliklər üçün müalicələr hazırlayır.

6. ReNEgade - RNT dərmanlarından istifadə edərək xəstəlikləri müalicə edən startap $300 mln investisiya əldə edib.

7. ElevateBio - Həyati önəm daşıyan dərmanları inkişaf etdirmək, istehsal etmək və kommersiyalaşdırmaq məqsədi daşıyan hüceyrə və gen terapiyası şirkətləri portfelinin operatoru olan ElevateBio $401 mln yatırım alıb.

8. Anthropic - $450 mln investisiya əldə edən startap etibarlı və idarə oluna bilən AI sistemləri yaratmağa çalışır.
.jpg)
