Az | EN

Ötən həftə ən çox investisiya alan startaplar

Fidan Abbaszadə
12 İyun 2023 10:26
375 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

1. Kate Therapeutics  - Genetik olaraq müəyyən edilmiş əzələ və ürək xəstəliklərini müalicə etmək üçün AAV əsaslı gen terapiyalarını inkişaf etdirən bu startap $51 mln yatırım alıb.

2. Acepodia - Xərçəng üçün innovativ və yüksək effektiv hüceyrə müalicələri inkişaf etdirən Acepodia $100 mln investisiya əldə edib.

3. Incline P&C Group - $125 mln investisiya alan Incline P&C Group proqram sığorta bazarına yönəlmiş sığorta xidmətləri təmin edən startapdır.

4. Bitterroot Bio - Ürək-damar xəstəlikləri olan insanlar üçün terapiya hazırlayan startap $145 mln investisiya əldə edib.

5. Alkeus Pharmaceuticals - Korluğa səbəb olan ciddi göz xəstəliklərini müalicə etmək üçün transformativ terapevtiklər inkişaf etdirən Alkeus Pharmaceuticals $150 mln investisiya əldə edib.

6. Blackpoint Cyber - Milli dövlət səviyyəli kibertəhlükəsizlik ekosistemi təklif edən startap $190 mln yatırım alıb.

7. Upstream Bio- $200 mln investisiya əldə edən startap ağır səviyyəli astmanın müalicəsi üçün antikor terapiyasını inkişaf etdirir.

8. CleanCapital - $500 mln investisiya əldə edən startap investorlar üçün fürsətlər və tərtibatçılar üçün kapitala çıxış təmin edən onlayn platformadır.

© copyright 2022 | tech.az | info@tech.az