Mitra Chem - Mərkəzi Kaliforniyada yerləşən litium-ion batareya materialları istehsalçısı Mitra Chem $40 mln yatırım alıb.
Helm.ai - Avtonom idarəetmə və robot texnikasının avtomatlaşdırılması üçün proqram təminatı istehsal edən startap $55 mln investisiya əldə edib.
ClassWallet - Dövlət vəsaitləri üçün satınalma və kompensasiya platforması təklif edən, mərkəzi Mayamidə yerləşən ClassWallet $95 mln investisiya alıb.
BitGo - $100 mln investisiya alan BitGo müştərilərə təhlükəsizlik, saxlama həlləri təqdim edən institusional rəqəmsal aktiv maliyyə xidmətləri startapıdır.
Anthropic - Etibarlı və idarə oluna bilən AI sistemləri quran süni intellekt təhlükəsizliyi və tədqiqat startapı Anthropic $100 mln investisiya əldə edib.
Pivotal Commware - $102 investisiya alan Pivotal Commware şəbəkə sürətini və tutumunu artırmaq üçün holoqrafik şüa formalaşdırmasından istifadə edən proqram təminatı ilə müəyyən edilmiş antenalar və radiolar hazırlayır.
Teamshares - Teamshares kiçik biznes üçün işçi sahibliyi startapıdır. Startap $124 mln investisiya alıb.
Abcuro - $155 mln investisiya əldə edən startap spesifik T və NK hüceyrələrinin dəqiq modulyasiyası vasitəsilə otoimmün xəstəliklərin və xərçəngin müalicəsi üçün müalicələr hazırlayır.