Az | EN

Ötən həftə ən çox investisiya alan startaplar

Nail Valiyev
04 Sentyabr 2023 11:30
445 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

Spencer Health Solutions - Şimali Karolina ştatında yerləşən dərmanların idarə edilməsi üzrə startap Spencer Health Solutions $43 mln yatırım alıb.

Otto - Mövcud baytarlıq praktikasının idarəetmə sistemlərinə inteqrasiya olunmuş mobil proqram əlavəsi təqdim edən startap $43 mln investisiya əldə edib. 

Mediafly - B2B komandaları üçün gəlir imkanları platforması təklif edən Mediafly $80 mln investisiya alıb.

Professional Fighters League - $100 mln investisiya alan Professional Fighters League qarışıq döyüş sənətləri liqasıdır. 

Beta Bionics - iLet adlı inteqrasiya olunmuş bionik pankreas sistemini inkişaf etdirən biotexnologiya startapı Beta Bionics $100 mln investisiya əldə edib.  

Apollo.io - $100 investisiya alan Apollo.io bir təşkilatın böyüməsini sürətləndirməyə kömək edən satış platformasıdır.

Peregrine Energy - Peregrine Energy bərpa olunan aktivlərin alınması, inkişafı və istismarı üzrə ixtisaslaşıb. Startap $700 mln investisiya alıb. 

Redwood Materials - $1 mlrd investisiya əldə edən Redwood Materials elektrik nəqliyyat vasitələri və dairəvi tədarük zəncirləri üçün davamlı materiallar istehsal edən akkumulyatorların təkrar emalı üzrə startapdır.

© copyright 2022 | tech.az | info@tech.az