Az | EN

Özbəkistanda 100 min yeni "Chevrolet Cobalt"ı 2 saat 30 dəqiqəyə satılıb

Cəmil Hüseynzadə
03 Noyabr 2025 12:00
102 baxış
Özbəkistanda 100 min yeni "Chevrolet Cobalt"ı 2 saat 30 dəqiqəyə satılıb

Özbəkistanın UzAuto Motors şirkəti cəmi 2 saat 26 dəqiqə ərzində 100 min ədəd Chevrolet Cobalt satıb. Satış prosesi 29 oktyabr saat 10:00-da başlayıb və rekord qısa zamanda tamamlanıb.

Müqavilələrin 99 faizindən çoxu fiziki şəxslər tərəfindən imzalanıb — ümumilikdə 99 493 avtomobil fərdi alıcılar, 507 avtomobil isə hüquqi şəxslər tərəfindən sifariş edilib. Təkcə ilk bir saatda 53 mindən çox müqavilə bağlanıb.

Satış prosesi UzAvtoSavdo platforması üzərindən tam onlayn şəkildə aparılıb. İlk iki saatda sayt 230 mindən çox aktiv sessiya qeydə alıb və sistem 560 kiberhücum cəhdini uğurla dəf edib.

Yeni Chevrolet Cobalt MCM modellərində mühərrik idarəetmə bloku, qazpaylama sistemi, ABS, kruiz-kontrol və CarPlay / Android Auto dəstəyi daxil olmaqla 50-dən çox əsas komponent yenilənib.

Alıcılar müqavilə bağlandıqdan sonra avtomobilin ödənişini 7 təqvim günü ərzində həyata keçirməlidirlər.

© copyright 2022 | tech.az | info@tech.az