Az | EN

Özbəkistanda "Big Tech"lərdən daxil olan vergilər 44% artaraq 10,3 milyon dolları ötüb

Cəmil Hüseynzadə
30 Oktyabr 2025 12:36
61 baxış
Özbəkistanda "Big Tech"lərdən daxil olan vergilər 44% artaraq 10,3 milyon dolları ötüb

2025-ci ilin əvvəlindən etibarən xarici internet şirkətləri Özbəkistan büdcəsinə təxminən 11,3 milyon dollar həcmində vergi ödəyiblər. Bu barədə məlumatı Vergi Komitəsi açıqlayıb.

Xarici şirkətlərin yerli istifadəçilərə göstərdiyi elektron xidmətlərin həcmi 44% artaraq təxminən 94,5 milyon dollar-a çatıb. Həmçinin, vergi daxilolmalarının təxminən 93%-i ilk 10 şirkət tərəfindən təmin olunub.

Böyük texnologiya şirkətləri arasında vergi ödəyicilərinin siyahısı:

  • Meta – ~3,2 milyon dollar
  • Apple – ~3,2 milyon dollar
  • Google – ~2,83 milyon dollar
  • OpenAI – 431 min dollar vergi ödəyib, 3,62 milyon dollar gəlir əldə edib
  • Booking.com – 264 min dollar vergi, 2,21 milyon dollar gəlir
  • TikTok – 240 min dollar vergi, 2,04 milyon dollar gəlir
  • Netflix – 121 min dollar vergi
  • ACCA – 104 min dollar vergi
  • Zoom – 101 min dollar vergi
  • Amazon – 98 min dollar vergi, ilk dəfə top-10-a daxil olub

Qeyd edək ki, 2020-ci ildən etibarən Özbəkistanda xarici şirkətlər elektron xidmət və məhsulların satışı zamanı fiziki şəxslərə təqdim olunan xidmətlər üzrə vergi ödəyicisi hesab olunur. Bunun üçün ƏDV ofisi yaradılıb və şirkətlər Özbəkistanda qeydiyyatdan keçərək vergi ödəyə bilirlər. Hal-hazırda 73 şirkət qeydiyyatda olub, onlardan 16-sı 2025-ci ildə top siyahıya daxil edilib.

2024-cü ildə xarici böyük texnologiya şirkətləri Özbəkistana təxminən 9 milyon dollar həcmində vergi ödəyib. Ötən il göstərilən xidmətlərin həcmi isə 1,5 dəfə artaraq 90 milyon dollar-a yaxınlaşıb. Siyahıya həmçinin Özbəkistanda məhdudlaşdırılmış TikTok da daxil edilib.

© copyright 2022 | tech.az | info@tech.az