Az | EN

Özbəkistanda Startap Ekosistemini Gücləndirən Yeni Fərman

Cəmil Hüseynzadə
16 Oktyabr 2024 10:32
306 baxış
Özbəkistanda Startap Ekosistemini Gücləndirən Yeni Fərman

Özbəkistanın startap ekosistemi ilə bağlı yeni prezident fərmanı

Uzun zamandır gözlənilən və startap ekosistemini tənzimləyən yeni prezident fərmanı 14 oktyabr tarixində elan edildi. Hərçənd bütün problemlər həll olunmasa da, fərman startap ekosisteminin inkişafına lazım olan dəstəyi və yeni imkanlar təqdim edir.

Xüsusilə aşağıdakı məqamlar diqqət çəkir:

- Startap layihələrinə hərtərəfli dəstək vermək üçün "Rəqəmsal Startaplar" proqramı təqdim ediləcək.
- Böyük xarici vençur fondlarından investisiya cəlb edən startaplara əlavə olaraq 100,000 ABŞ dollarına qədər investisiya qoyulacaq.
- IT park tərəfindən startaplara 17.5%-dən yüksək olmayan faizlə təminatsız kreditlər ayrılacaq.
- Startap təsisçilərinə IT vizası veriləcək.
- Özbəkistan IT Parkı 10 milyon ABŞ dolları kapitalı ilə yeni vençur fondu yaradacaq.
- 12.2 milyon ABŞ dolları kapitalı ilə UzVC vençur fondu “Fund of fund” kimi yenidən təsis ediləcək.
- Dövlət banklarına və iqtisadi cəmiyyətlərə vençur fondları yaratmağa icazə veriləcək.
- Dövlət təşkilatlarına maliyyə ili ərzində startaplarla 42,500 ABŞ dollarına qədər müqavilə bağlamağa icazə verildi.
- 2025-2027-ci illər ərzində "Rəqəmsal Startaplar" proqramı çərçivəsində xüsusi hüquqi rejimin (Regulatory Sandbox) tətbiqi (SAFE Note, Convertible Note) təsdiqləndi.
- 2025-ci ilin fevral ayına qədər "Alternativ İnvestisiyalar haqqında" qanun hazırlanacaq.

Bu fərman Özbəkistanın startap sahəsində böyük inkişaf və yeniliklərə yol açmaqla, ölkənin texnoloji ekosistemini gücləndirəcək.

© copyright 2022 | tech.az | info@tech.az