Az | EN

Özbəkistanın IT Parkındakı startaplar 124,7 milyon dollar investisiya əldə ediblər

Cəmil Hüseynzadə
30 Oktyabr 2024 10:16
190 baxış
Özbəkistanın IT Parkındakı startaplar 124,7 milyon dollar investisiya əldə ediblər

IT Park rezidentləri arasında startapların sayı 205-ə çatıb. Məlumata görə, ən çox layihə təhsil texnologiyaları sahəsində (37) fəaliyyət göstərir. Elektron ticarətdə 28, fintekdə 26, tibb texnologiyaları və CRM sahəsində isə hər birində 15 startap fəaliyyət göstərir. Süni intellekt sahəsi ilə bağlı da 14 startap var.

Rezident startapların yarıdan çoxu toxum (seed ) mərhələsindədir, 39,5%-i isə toxum öncəsi (pre-seed) mərhələsindədir. Yalnız 13 startap ilkin və növbəti investisiya mərhələsinə çatıb. 2024-cü ilin doqquz ayı ərzində startaplar ümumilikdə 124,7 milyon dollar investisiya əldə ediblər. Bunun 45%-i toxum, 32,5%-i toxum öncəsi, 15%-i isə ilkin mərhələ layihələrinə ayrılıb.

Xüsusilə, avqust ayında 6 milyon dollarlıq investisiya raundunu bağlayan FOM Group – əczaçılıq sahəsi üçün IT həllər inkişaf etdirən bir şirkət olaraq ön plana çıxıb. Bundan əlavə, Zip24 və Zypl.ai, Plug and Play investisiyalarını cəlb etməyə nail olub. AloqaVentures, UzVC və Uzcard VC kimi yerli vençur fondlar da startapların inkişafına dəstək veriblər və təxminən 1 milyon dollar investisiya qoyublar.

Məlumata görə, vençur fondlar üçün məhdud tərəfdaşlıq institutunun tətbiqi də planlaşdırılır.

© copyright 2022 | tech.az | info@tech.az