Az | EN

Papara Pakistan mərkəzli SadaPay-i alıb

Cəmil Hüseynzadə
30 May 2024 11:49
542 baxış
Papara Pakistan mərkəzli SadaPay-i alıb

Papara qlobal genişlənmə strategiyasına uyğun olaraq mühim bir addım atıb və Pakistan mərkəzli fintek şirkəti SadaPay-ın səhmlərinin 100 faizini satın aldığını açıqlayıb. Bu strateji satınalma ilə Papara Avropadan sonra Yaxın Şərq və Cənubi Asiya bazarlarına daxil oldu.

SadaPay 2019-cu ildə Pakistanda Brandon Timinsky tərəfindən təsis edilib. Qısa müddətdə böyük uğur qazanan SadaPay rekord müddətdə 1 milyon istifadəçi və illik 1,5 milyard dollarlıq ödəniş həcminə çatıb. Bu uğur SadaPay-ı dünyada ən sürətlə inkişaf edən elektron pul institutları sırasına daxil edib. SadaPay Mastercard ilə əməkdaşlıq edərək, Yaxın Şərq və Asiya (MEA) regionunda ilk saysız debet kartını istifadəyə verib. Bu yenilikçi addım SadaPay-ı Pakistanda maliyyə transformasiyasının qabaqcıllarından biri kimi mövqeləndirib. Yarandığı gündən SadaPay Recharge Capital və Kingsway Capital-ın başçılıq etdiyi iki investisiya raundunda cəmi 20 milyon ABŞ dolları məbləğində investisiya aldı.

Bu satınalma Papara-nın qlobal genişlənmə strategiyası çərçivəsində mühüm addım hesab olunur.

Papara tərəfindən edilən şərhdə, Son illərdə ölkənin ən əhəmiyyətli Fintech sərmayəsinə çevrilən bu satınalma ilə, SadaPay-in yenilikçi və cəsarətli nailiyyətlərini güclü Papara texnologiyaları, istifadəçi mərkəzli yanaşma və iş bilikləri ilə gücləndirərək SadaPay-i bölgənin ən əhəmiyyətli Fintech oyunçusu halına gətirməyə çalışırıq. Güclü texnologiyamızı, nou-hau və istifadəçi mərkəzli mədəniyyətimizi 1 milyard əhalisi olan coğrafiyaya köçürməkdən qürur duyuruq" deyilib.

 

Papara-nın SadaPay-i alması Türkiyənin fintech sektorunda gücünü və qlobal arenada artan təsirini bir daha göstərir. SadaPay-ın qısa müddətdə uğurları və innovativ xidmətləri Papara-nın MEA regionunda böyümə hədəfləri üçün böyük potensiala malikdir. Bu satınalma Papara-nın beynəlxalq bazarda rəqabət qabiliyyətinin artırılması və istifadəçilərinə təklif etdiyi xidmətlərin çeşidinin genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər. Fintech sahəsində bu cür strateji addımlar sektorun dinamik strukturunu və innovasiyasını ortaya qoyur.

Martın əvvəlində Papara Super App olmaq məqsədinə doğru mühüm təşəbbüsə imza atdığını və T-Bank-ın bütün səhmlərini almaq üçün razılığa gəldiyini açıqlamışdı.

© copyright 2022 | tech.az | info@tech.az