Az | EN

PAŞA Bank-ın “Call of Data Workshop” tədbiri keçiriləcək!

Cəmil Hüseynzadə
24 Oktyabr 2023 13:16
274 baxış
PAŞA Bank-ın “Call of Data Workshop” tədbiri keçiriləcək!

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” İT sahəsinin inkişafına töhfə verən tədbirlərin təşkil olunmasını davam etdirir.

Belə ki, Bankın təşəbbüsü ilə 2-3 noyabr tarixlərində “Call of Data Workshop”u keçiriləcək. Bu praktiki proqram məlumatların təhlili,idarə olunması, və tətbiqi mövzusunu əhatə edəcək. Həmçinin iştirakçılar yeni texnoloji həllər və ən son meqatrendlər haqqında məlumat əldə edə biləcək.

Tədbirin spikerləri sırasında “PAŞA Bank”ın Data şöbəsinin əməkdaşları da yer alacaq. 

Tədbirin digər spikerləri Türkiyədən olan ekspertlər Cihan Cilingir və Murat Ova olacaq. Onlar müvafiq olaraq “Data Lineage”,“Data Governance” və “Data Management” mövzulardan bəhs edəcəklər.

Hər spiker çalışdığı sahəyə dair zəngin təcrübəməyə malikdir və bu təcrübəni iştirakçılarla bölüşməyə hazırdır.

Proqram haqqında ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün bu səhifəyə daxil olun. https://data.tech.az/

Qeyd edək ki, “PAŞA Bank”, ölkənin İT sahəsinin inkişafını dəstəkləyən müxtəlif layihələr həyata keçirib. “Rəqəmsal Zirvələr” konfransı, “DevOpsdays” və “Tech Talks” tədbirləri, ənənəvi olaraq keçirilən “PASHA Bank Cup” müsabiqəsi bu istiqamətdə keçirilən tədbirlər sırasındadır.

Qeydiyyat linki: https://shorturl.at/aEHLU
Ünvan: Ibis Hotel Baku
Tarix: 2, 3 noyabr

© copyright 2022 | tech.az | info@tech.az