6 iyul tarixində “PAŞA Bank”ın tərəfdaşlığı, Techaz Medianın, SUP.VC şirkətinin təşkilatçılığı ilə “DevOpsTalks by PASHA Bank” tədbiri keçirilib. DevOps mütəxəssisləri, proqramçı, sistem mühəndisləri və İT menecerlərin iştirakı ilə keçirilən tədbirdə spikerlər - İmran Yusubov, Namiq Qaracəmirli və Asəf Allahverdiyev müvafiq olaraq “Ən çox yayılmış Java tətbiqi performans problemləri”, “Mikroservis əsaslı tətbiqin reverse proxy ilə optimizasiyası” və “Yaxşıdan mükəmmələ: prosesdaxili performans ölçülməsi ilə optimallaşdırılma” mövzularında təqdimat ediblər.