Az | EN

Pavel Durov sperma donorluğu proqramı hazırladığını açıqlayıb

Cəmil Hüseynzadə
29 Dekabr 2025 16:19
35 baxış
Pavel Durov sperma donorluğu proqramı hazırladığını açıqlayıb

Rusiyanın paytaxtı Moskvadakı klinikalardan birində Telegram-ın qurucusu Pavel Durova məxsus spermanın saxlanıldığı iddia olunur. Bu barədə RIA Novosti məlumat yayıb. Bildirilir ki, bioloji material ekstrakorporal mayalanma (EKO) üçün istifadə oluna bilər.

Agentliyin əlaqə saxladığı klinika əməkdaşı bu məlumatı təsdiqləyərək, qadınların Durovun sperması ilə EKO-nu pulsuz edə biləcəyini bildirib. Onun sözlərinə görə, proqramın bütün xərclərini şəxsən Pavel Durov özü ödəyir.

Bu iddia ilk dəfə deyil ki, gündəmə gəlir. Daha əvvəl Daily Mail qəzeti də Moskvadakı klinikalardan birində Durovun bioloji materialının saxlanıldığını yazmışdı. Nəşrin məlumatına görə, ötən il onlarla qadın “pulsuz Durov sperması” ilə bağlı elanlara müraciət edib, sosial şəbəkələrdə isə onun “yüksək genetik uyğunluğa” malik olduğu müzakirə olunub.

Mövzuya marağı artıran başqa bir detal da var. Pavel Durov daha əvvəl sperma donorluğu proqramı üçün loqo eskizi paylaşmış, dairə içində “pd” hərflərinin nə dərəcədə minimalist göründüyü ilə bağlı fikir soruşmuşdu. Paylaşımda həmçinin zarafat xarakterli olduğu ehtimal edilən “durov.cum” domeni də diqqət çəkmişdi.

Bu məlumatlar Durovun 38 yaşadək subay qadınların ondan uşaq sahibi olmaq istəyi halında EKO xərclərini ödəməyə hazır olduğu ilə bağlı yayılan xəbərlər fonunda daha da geniş rezonans doğurub. Mövzu sosial şəbəkələrdə və mediada müzakirə olunmağa davam edir.

© copyright 2022 | tech.az | info@tech.az