Az | EN

Pentaqon 1,3 milyard dollarlıq peyk müqaviləsi imzalayıb

Bənövşə Kazımova
20 İyul 2022 13:30
277 baxış
Pentaqon 1,3 milyard dollarlıq peyk müqaviləsi imzalayıb

Pentaqon iki şirkətlə raket xəbərdarlığı və izləmə imkanlarını təmin edəcək 28 peyk üçün 1,3 milyard dollarlıq müqavilə imzalayıb.

Layihə çərçivəsində Pentaqona bağlı Kosmik İnkişaf Agentliyi orbitdə fəaliyyət göstərəcək  kosmik müdafiə arxitekturasının birinci mərhələsi üçün ilk tenderləri verib. Məlumatlara görə, 7 şirkətin daxil olduğu və 28 peykin buraxılacağı 1,3 milyard dollarlıq tender L3 Harris və Northrop Grumman şirkətlərinə verilib. Razılaşmaya əsasən, hər bir şirkət 14 peyk istehsal edib orbitə buraxacaq.


Pentaqonun açıqlamasında bu peyklərin 2025-ci ilin aprelində buraxılacağına dair məlumatlar da yer alıb.
Onu da əlavə edək ki, bütün bu peyklər təxminən 1000 kilometr yüksəklikdə uçacaq və dünyanın istənilən nöqtəsinə şimaldan cənuba gedəcək.

© copyright 2022 | tech.az | info@tech.az