Az | EN

PlayStation 5 modellərinin yeni versiyaları təqdim edilib

Səbinə Eyvazova
11 Oktyabr 2023 11:38
331 baxış
PlayStation 5 modellərinin yeni versiyaları təqdim edilib

Sony şirkəti PlayStation 5 seriyasının yeni modellərini təqdim edib. 2020-ci ildə buraxılan orijinal PlayStation 5-dən daha yüngül və kiçik olan bu modellər iki versiyada təqdim ediləcək: PlayStation 5 və PlayStation 5 Digital Edition. Yeni konsollar köhnə versiyalarından 30 faiz daha səssiz və 24 faiz yüngüldür.

Standart PlayStation 5 modeli çıxarıla bilən disk sürücüsü və 1 TB daxili yaddaş təklif etsə də, bu xüsusiyyət PlayStation konsolları üçün bir ilkdir. Çıxarılan disk 80 dollara satılacaq. Noyabrda çıxacaq konsolların qiyməti; Standart PlayStation 5 üçün 499 dollar, PlayStation 5 Digital Edition üçün isə 449 dollar müəyyən edilib. Bu qiymətlər hazırda ABŞ üçün müəyyənləşib. 

© copyright 2022 | tech.az | info@tech.az