Az | EN

Proton "Google Sheets" alternativinı təqdim edib

Cəmil Hüseynzadə
05 Dekabr 2025 11:26
29 baxış
Proton "Google Sheets" alternativinı təqdim edib

Proton elektron cədvəl aləti Proton Sheets-i istifadəyə verib. Bu alət bulud xidməti Proton Drive ilə inteqrasiya olunur və Proton hesabı olan bütün istifadəçilər üçün pulsuzdur.

Xidmətin əsas üstünlüyü "end-to-end" şifrləmədir. Bu o deməkdir ki, cədvəllərə və içindəki məlumatlara heç bir tərəf hətta Proton özü də giriş əldə edə bilmir. Bu xüsusiyyət Proton Sheets-i məlumatları açıq saxlayan və ya emal edən bir çox ofis proqramlarından fərqləndirir.

Proton Sheets-in əsas imkanları:

  • formul və hesablamaların tətbiqi;
  • CSV və XLS fayllarının importu;
  • real vaxtda birgə redaktə.

Proton bildirir ki, interfeys yeni istifadəçilərin tez alışması üçün sadə dizaynla hazırlanıb. Proton Sheets məxfilik və təhlükəsizliyi prioritet edən istifadəçilər üçün elektron cədvəllərdə güclü alternativ hesab olunur.

© copyright 2022 | tech.az | info@tech.az