Qazaxıstan Mərkəzi Bankının sədri Timur Süleymanov tengeyə bağlı ilk steylkoinin istifadəyə verildiyini elan edib. Süleymanovun sözlərinə görə, bu steyblkoin “Evo” adlanır və onun dəyəri tenge ilə 1:1 nisbətində sabitdir. Bu layihə Mərkəzi Bankın “Solana”, “Mastercard” və Avrasiya Bankı ilə birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Bu vasitənin əsas məqsədi kriptovalyuta mübadiləsini və ödənişlərini asanlaşdırmaqdır.
Hazırda “Evo” steyblkoinlə birbaşa mal və xidmətlərə ödəniş etmək mümkün deyil, lakin Qazaxıstan vətəndaşları onu buraxaraq öz vəsaitlərini etibarlı şəkildə saxlaya bilərlər. Bu layihə Qazaxıstan Mərkəzi Bankının inkişaf etdirdiyi səkkiz layihədən yalnız biridir. Gələcəkdə daşınmaz əmlak və digər real sektor aktivlərinin tokenləşdirilməsi də planlaşdırılır.
Qeyd edək ki, steylkoinlərin belə tətbiqi regional səviyyədə yayılmaqdadır. Məsələn, 2025-ci ilin iyul ayında Özbəkistan dövlət istiqrazları ilə təmin olunan HUMO adlı öz tokenini istifadəyə verib. Özbəkistan bu tokenin xarici investisiyaların cəlbinə, hesablaşmaların sadələşməsinə və maliyyə əməliyyatlarının şəffaflığının artırılmasına kömək edəcəyini gözləyir.
