“EU4DIGITAL” layihəsi çərçivəsində 5 ən perspektivli kiçik və orta biznes sahibkarı elektron ticarət təlimləri üçün seçiləcək.
Təlimlər qrup və individual mərhələdə baş tutacaq və rəqəmsal marketinq, Amazon, Etsy, Ebay kimi iri e-ticarət platformalarında qeydiyyat prosesi, məhsulların yerləşdirilməsi, Avropa İttifaqı ərazisində e-ticarət qanunları, biznes idarəetmənin hüquqi və inzibati xüsusiyyətləri və digər mühüm mövzuları əhatə edəcək.
Qeyd edək ki, e-ticarət təlimləri onlayn formatda baş tutacaq.Təlimlərə Son müraciət tarixi 27 sentyabrdır.
Layihədə iştirak şərtləri və müraciət üçün buradan keçid edə bilərsiniz.