Mədəniyyət Nazirliyinin və SUP.VC şirkətinin birgə təşəbbüsü ilə “Mədəni irsin təbliğində VR-dan istifadə” mövzusunda ustad dərsi keçiriləcəkdir. Mədəni irsin təbliğində virtual reallıqdan (VR) istifadə məsafə, qorunma məhdudiyyətləri və ya digər məhdudiyyətlər səbəbindən fiziki cəhətdən əlçatmaz ola biləcək tarixi yerləri, arxeoloji əraziləri və ya muzeyləri ziyarət etmək imkanı yaradır.
Ustad dərsdə texnologiya imkanlarının tətbiqi ilə bu proseslərin qurulması, istifadə edilməsi və inkişafı ilə bağlı məlumatlar əyani şəkildə öyrədiləcəkdir. 5 iyul tarixində Nizami Kino Mərkəzində keçiriləcək tədbirdə iştirak etmək üçün buradan qeydiyyatdan keçə bilərsiniz.