"Netflix"in həmtəsisçisi Reed Hastings Anthropic şirkətinin idarə heyətinə üzv seçildiyini açıqlayıb. Hastings-in təyinatı, süni intellekt sahəsində OpenAI-nin əsas rəqiblərindən biri olan Anthropic-in inkişafında böyük təcrübəsi olan veteran texnologiya rəhbərini komandasına qatması kimi qiymətləndirilir. Netflix, Microsoft, Bloomberg və Meta kimi nəhəng şirkətlərin idarə heyətlərində uzun illər təcrübəsi olan Hastings-in bu təcrübəsi Anthropic-in startap səviyyəsindən böyük şirkətə çevrilməsində əhəmiyyətli rol oynayacağı gözlənilir.
Anthropic qeyd edir ki, Hastings-in təyinatı şirkətin korporativ idarəetmə strukturu daxilində yaradılmış “Uzunmüddətli Faydalar Fondu” tərəfindən həyata keçirilib. Bu fond müstəqil orqandır və maliyyə maraqlarından asılı olmayaraq Anthropic-in uzunmüddətli insanlıq xeyrinə süni intellekt texnologiyaları inkişaf etdirməsini təmin etməyi məqsəd qoyub. “Uzunmüddətli Faydalar Fondu” idarə heyətinin üzvlərini təyin etmək və vəzifədən azad etmək səlahiyyətinə malikdir.
Reed Hastings bu təyinatla birlikdə Anthropic-in mövcud idarə heyəti üzvlərinə qoşulur. İdarə heyətində şirkətin həmtəsisçiləri Dario və Daniela Amodei, investor Yasmin Razavi və Confluent şirkətinin CEO-su Jay Kreps yer alır.