Az | EN

"Qadınlar STEM"də layihəsi təqdim edilib

Səbinə Eyvazova
26 Sentyabr 2023 17:08
607 baxış
"Qadınlar STEM"də layihəsi təqdim edilib

BMT-nin İnkişaf Proqramı (BMTİP) və Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin maliyyə dəstəyi, “Safavy” MMC-nin təşkilatçılığı ilə “Qızlar STEM” də layihəsinin təqdimat mərasimi təşkil olunmuşdur. Layihənin əsas məqsədi, STEM (science-elm, technology- texnologiya, engineering-mühəndislik, maths- riyaziyyat) sahələrində xüsusən region qızlarımızın marifləndirilməsi, bu sahədə karyera imkanlarına dair biliklərin ana dilində öyrədilməsidir. BMT-nin İnkişaf Proqramı (BMTİP) STEM sahəsində qızlarımızın inkişafına daim dəstək olmuşdur və “Qızlar STEM” də layihəsi də bu proqramlardan biridir.

Bu layihədə STEM ilə bağlı gənc nəslin düzgün məlumatlandırılması və istiqamətləndirilməsi, elmin bu 4 sahəsində qızlarımızın aktivliyinin artırılmasına nail ola bilərik. Layihənin icrası ilə, eyni zamanda, gənc nəslin STEM ilə bağlı streotiplərini aradan qaldırmağa və peşəkarların tövsiyə və biliklərindən yararlanmağı özümüzə əsas meyar götürmüşük.

Safavy.org onlayn təhsil platformasında ilk dəfə ödənişsiz 5 fərqli kurslar məhz STEM sahəsində təqdim olunur. Bu kurslara “Robotiks”, “Texnologiyanın əsasları”, “STEM sahəsində mühəndisliyə qısa bir baxış”, “STEM-də Elm” və “STEM-də Riyaziyyat” kimi video dərsliklər aiddir. Məktəbli və gənc qızlarımız Safavy.org platformasına daxil olaraq, oradan ödənişsiz şəkildə onlayn kurslardan faydalana biləcəklər. Platformada olan dərslər hər zaman əlçatandır. Hədəf kütləmiz əsasən region gənclərimizdir və onlar üçün Azərbaycan dilində, yerli STEM müəllimlərimizdən, doğru və faydalı məlumatlar, öz karyeralarını qurmaqda kömək olacaq bilik və təcrübələr öyrənə biləcəklər.

© copyright 2022 | tech.az | info@tech.az