Az | EN

"Twitter" işçilərinin yarıdan çoxu işdən çıxarılıb

Bənövşə Kazımova
10 Yanvar 2023 14:29
400 baxış
"Twitter" işçilərinin yarıdan çoxu işdən çıxarılıb

Bildiyimiz kimi, məşhur milyarder İlon Mask Twitter-i aldıqdan sonra yüzlərlə, hətta artıq minlərlə əməkdaşını işdən çıxarıb. O, uzun saatlarla ağır işləmək istəməyən işçiləri də işdən kənarlaşdırıb. Məlumatlara görə, Mask rəhbərliyi təhvil alarkən şirkətin 7500 civarında olan işçi sayı bu gün 2500 nəfərə düşüb.

Şirkətdən ən son çıxarılanlar sosial media platformasının dezinformasiya siyasətini, qlobal müraciətləri və platformadakı dövlət mediasını idarə edən komandalardakı işçilər olub. İşdən çıxarılan şəxslər şirkətin Sinqapur və İrlandiyanın paytaxtı Dublindəki ofislərində çalışıblar.

Maraqlısı isə budur ki, Mask ötən ilin noyabr ayında Twitter-də ixtisarların bitdiyini və yeni əməkdaşlar işə götürəcəyini açıqlamışdı.

© copyright 2022 | tech.az | info@tech.az