Az | EN

Raiffeisenbank Azərbaycanlı müştərilərə məhdudiyyət tətbiq edir

Cəmil Hüseynzadə
21 İyun 2023 15:52
461 baxış
Raiffeisenbank Azərbaycanlı müştərilərə məhdudiyyət tətbiq edir

Benefisiarın bankı Rusiya, Azərbaycan, Ermənistan, Belarusiya, Gürcüstan, İordaniya, Qazaxıstan, Qırğızıstan, Moldova, BƏƏ, Tacikistan, Türkmənistan və ya Özbəkistanda yerləşirsə, istifadəçilər 3 iyul 2023-cü il tarixindən etibarən çıxışı avro ilə həyata keçirə bilməyəcəklər. Yəni müştərilər avro ilə başqa banka ödəniş edə bilməyəcəklər. Bu barədə məlumatı bank özü yayımlayıb.

Məhdudiyyət müştərilərin sadalanan ölkələrdən birində digər banklarda açılmış şəxsi hesablarına avro ilə gedən köçürmələrə də şamil edilir. Müştərilərə gedən köçürmənin valyutasını dəyişməyi və ya digər ödəniş üsullarından istifadə etmək tövsiyə edilir.

© copyright 2022 | tech.az | info@tech.az