Visa İnnovasiya Proqramına seçilən ilk Azərbaycan startapıdır.
Bu barədə Fuad Heydərli tech.az mediaya açıqlama verib. "Visa İnnovasiya Proqramı maliyyə sferasında fəaliyyət göstərən innovativ startapları dəstəkləmək məqsədi ilə yaradılmışdır. Proqramın iştirakçısı olaraq, Recepta Visa və Hackquaters-ın expertləri ilə birgə yeni həllər üzərində çalışmaq və bu sahədə ən son texnologiyalardan yararlanmaq fürsəti əldə edəcəkdir.
Xatırladaq ki, Recepta startapı ötən il Bakıda keçirilən Teknofest TakeOFF Bakı sammitinin qalibi seçilmişdir. Startapın əsas məqsədi kağız qəbzləri rəqəmsal qəbzlərlə əvəz etməkdir. Bu istiqamətdə startap artıq Azərbaycanda bəzi banklar və dövlət orqanları ilə danışıqlar aparır.
Azerbaycanda məhsulu uğurla sınaqdan keçirdikdən sonra məqsəd dünya bazarına çıxmaq olduğunu nəzərə alsaq, Visa ilə əməkdaşlıq şirkətin bu istiqamətdə məqsədinə çatmasına çox yardımçı olacaqdır.
Startap Visa İnnovasiya Proqramı çərçivəsində ilkin olaraq Türkiyə bazarına çıxmağı hədəfləyir."