Az | EN

Revolut Avropada yaşayan rusiyalıların hesablarını dondurmağa başlayıb

Cəmil Hüseynzadə
02 Noyabr 2025 11:37
56 baxış
Revolut Avropada yaşayan rusiyalıların hesablarını dondurmağa başlayıb

Revolut Avropada yaşayan, lakin Aİ vətəndaşlığı və ya yaşayış icazəsi (VNZH) olmayan rusiyalı müştərilərinə hesabların dondurulması barədə bildirişlər göndərməyə başlayıb. Xidmət istifadəçilərdən yenilənmiş yaşayış sənədlərini təqdim etməyi tələb edib.

The Bell nəşrinin məlumatına görə, Latviya, İrlandiya, Finlandiya və digər Aİ ölkələrində yaşayan bir çox rusiyalı bu məktubları alıb. Onlara 31 dekabr 2025-dən etibarən hesabların dondurulacağı barədə xəbərdarlıq edilib. Müştərilər artıq köçürmə edə, kartla ödəniş və ya nağd əməliyyatlar həyata keçirə bilmirlər.

Bəzi istifadəçilər sənədləri yükləməkdə də çətinliklərlə üzləşdiklərini bildiriblər. Maliyyə məsləhətçisi Natalya Smirnovanın sözlərinə görə, Revolut Business hesablarına da rus və belarus vətəndaşları üçün oxşar məhdudiyyətlər tətbiq olunub.

Şirkət bu qərarı Aİ-nin 19-cu sanksiyalar paketi ilə əlaqələndirib. Qaydalara əsasən, Avropa maliyyə qurumları Aİ, Aİİ və ya İsveçrə vətəndaşlığı və ya yaşayış icazəsi olmayan rus və belarus vətəndaşlarına xidmət göstərə bilməz.

Revolut-un mətbuat xidməti BBC-yə açıqlamasında bildirib ki, şirkət BMT, Aİ, Böyük Britaniya və ABŞ-ın sanksiya qanunlarına əməl etməyə məcburdur. Avqust 2025-də də bəzi rusiyalı müştərilərə “sanksiya siyasəti barədə xatırlatma” göndərilmiş, qaydaların pozulmasının hesabların bağlanması ilə nəticələnəcəyi vurğulanmışdı.

© copyright 2022 | tech.az | info@tech.az