Az | EN

Royal Match Candy Crush Saga-nı geridə qoyub

Nail Valiyev
27 Sentyabr 2023 12:10
827 baxış
Royal Match Candy Crush Saga-nı geridə qoyub

Dream Games tərəfindən yaradılan Royal Match uzun müddət mobil oyunlar arasında zirvədə olan Candy Crush Saga-nı geridə qoyub. İyul statistikasına görə Royal Match 14,6 milyon yükləmə ilə 112 milyon dollar gəlir əldə edərkən, Candy Crush Saga-nın 14,4 milyon yükləmə və 104 milyon dollar gəlir əldə edib. 

Sensortower tərəfindən paylaşılan məlumatlara görə, reklam strategiyası Royal Match-in uğurunda əsas amil olub. Dream Games oyunu tanıtmaq üçün pullu reklam kanallarına böyük sərmayə qoyub və nəticədə Royal Match-də endirmələrin 61,5%-i pullu reklam kanalları vasitəsilə həyata keçirilib.

Ən təəccüblü fərq gündəlik aktiv istifadəçilərin sayında görünür. Candy Crush-un gündəlik 18 milyon aktiv istifadəçisi olduğu halda, Royal Match-in 15 milyon istifadəçisi var. Ancaq Royal Match-in 2021-ci ilin fevralında start verildiyini nəzərə alsaq, bu boşluğun qısa müddətdə bağlana biləcəyi proqnozlaşdırılır. Bundan əlavə, Candy Crush-un yükləmələrində real mənbələrin payı olduqca yüksəkdir. Oyunun endirilməsinin təxminən 80%-i real kanallardan gəlir. Bu, oyunun populyarlığının və istifadəçi loyallığının göstəricisi hesab olunur.

© copyright 2022 | tech.az | info@tech.az