Az | EN

Rusiya öz kosmik stansiyasını quracaq

Bənövşə Kazımova
16 Avqust 2022 12:05
320 baxış
Rusiya öz kosmik stansiyasını quracaq

Beynəlxalq Kosmik Stansiyanın mandatının tezliklə sona çatması gözlənilir. Buna görə də bəzi ölkələr öz kosmik stansiyalarını qurmaq üzərində işləyir. Bu məqsədlə addımlar atan Rusiya Federal Kosmik Agentliyi Roskosmos Moskva yaxınlığındakı hərbi sənaye sərgisində "Ross" adlı kosmik stansiyanın maketini paylaşıb.

Rusiya Ukraynadakı müharibə ilə əlaqədar sanksiyalar qərarlarından sonra Qərb ölkələrindən asılılığını azaltmağı və öz proqramını həyata keçirməyi hədəfləyir. Rusiyanın Beynəlxalq Kosmik Stansiya ilə bağlı öhdəliklərini yerinə yetirməyə davam edəcəyini vurğulayan Roskosmos rəhbəri Yuri Borisov 2024-cü ildən etibarən stansiyadan çıxacaqlarını da açıqlayıb.

Nəzərinizə çatdıraq ki, 1998-ci ildə fəaliyyətə başlayan Beynəlxalq Kosmik Stansiyadan ABŞ-Rusiya rəhbərliyi altında Kanada, Yaponiya və digər 11 Avropa ölkəsi istifadə edir.

© copyright 2022 | tech.az | info@tech.az