Az | EN

Rusiya şəxsi məlumat sızmaları ilə 5-ci yerə yüksəlib

Nigar Sultanli
19 Mart 2025 12:21
78 baxış
Rusiya şəxsi məlumat sızmaları ilə 5-ci yerə yüksəlib

2024-cü ildə Rusiyada 1,58 milyard şəxsi məlumatın sızması qeydə alınıb ki, bu da əvvəlki ilə nisbətən 31,7% artım deməkdir. Bu göstərici ilə Rusiya dünyada beşinci yeri tutub. 

Ən çox məlumat sızması baş verən ölkələr:

ABŞ – 5,53 milyard qeydlə

Çin – 3,93 milyard

Hindistan – 2,34 milyard

İspaniya – 2,08 milyard

Rusiya – 1,58 milyard

Rusiyada məlumat sızması hadisələrinin sayı azalsa da, sızan məlumatların həcmi artıb. Bu, ABŞ, Hindistan və Çindəki sızmaların tənzimləmələrin gücləndirilməsi nəticəsində 32–69% azaldığı halda, Rusiyada belə bir tendensiyanın müşahidə olunmaması ilə fərqlənir. Ən çox sızmalar ticarət, informasiya texnologiyaları, sənaye, dövlət qurumları və bank sektorlarında qeydə alınıb. Ekspertlər, Rusiyadakı şirkətlərə qarşı kiberhücumların davam edəcəyini və hadisələrin sayının artacağını proqnozlaşdırır. Onlar həmçinin vurğulayırlar ki, böyük cərimələr tətbiq etmək effektiv olmayacaq, çünki iri şirkətlər şəxsi məlumatlarla bağlı işləri kiçik firmalara ötürərək böyük maliyyə sanksiyalarından qaçmağa çalışırlar.

© copyright 2022 | tech.az | info@tech.az