Az | EN

Rusiya şirkəti yeni 'Max' tətbiqini təqdim edib

Nigar Sultanli
25 Mart 2025 14:25
109 baxış
Rusiya şirkəti yeni 'Max' tətbiqini təqdim edib

VKontakte Çinli məşhur WeChat messencerinə bənzər yeni bir tətbiq hazırlayır. Bu yeni layihə "Max" adlı bir rəqəmsal platforma olaraq istifadəyə veriləcək. Bu barədə "Vedomosti"yə danışan mənbələr, VK-nın planlarını təsdiq edib.

Max başlanğıcda bir neçə əsas xüsusiyyət təqdim edəcək. Tətbiqdə əsasən messencer, mini-applikasiyalar, chatbot qurma aləti və ödəniş sistemi olacaq. Bu, istifadəçilərə sadəcə mesajlaşmaqla yanaşı, müxtəlif gündəlik tapşırıqları həll etmək üçün bir çox başqa xidmətlər təklif edəcək.

Tətbiq vasitəsilə istifadəçilər zənglər edə biləcək, səsli mesajlar göndərəcək və hətta 4 GB-a qədər fayllar paylaşa biləcəklər. Zənglərin keyfiyyətini artırmaq üçün VK, ölkə boyu əlavə serverlər qurub və səs ötürülməsində daha yaxşı performans təmin etmək üçün maşın öyrənmə texnologiyalarından istifadə edəcək. Bu yeni texnologiya istifadəçilərin daha aydın və keyfiyyətli danışıq təcrübəsi yaşamasına imkan yaradacaq.

Max tətbiqinin bətə versiyasının yaxın vaxtlarda Android və iOS tətbiq mağazalarında istifadəyə verilməsi planlaşdırılır. Əvvəlcə yalnız Rusiya və Belarus simkartlarına sahib istifadəçilər qeydiyyatdan keçə biləcəklər. Bu tətbiq həmçinin veb versiya ilə də mövcud olacaq.

Mənbələrə görə, bu layihəyə yatırılacaq sərmayənin məbləği təxminən 1 milyard rubl civarında ola bilər.

© copyright 2022 | tech.az | info@tech.az