Rusiyanın Tümen, Omsk və Kirov şəhərlərində şəhər mobilliyi xidməti MTS Yurent vasitəsilə elektrosneqokatların icarəsi istifadəyə açılıb.
Bildirilib ki, istifadəçilər qış nəqliyyatı olan elektrosneqokatları birbaşa MTS Yurent mobil tətbiqi üzərindən icarəyə götürə bilərlər. Hazırda xidmət yalnız bu üç şəhərdə mövcuddur, lakin qış tətili dövründə Ural, Sibir və Moskva ətrafı bölgələrdə onlarla şəhəri əhatə edəcək şəkildə genişləndirilməsi planlaşdırılır.
İcarə prosesi elektrikli skuter və ya velosiped icarəsi ilə eynidir: istifadəçi xəritədən ən yaxın cihazı tapır, QR-kodu skan edir, tarif seçir və istifadəyə başlayır. Elektrosneqokatlar xəritədə xüsusi ikonla göstərilir.
Şirkətin açıqlamasına görə, konstruksiya baxımından snəqokat snegochodlara bənzəyir, lakin daha az güclüdür. Elektrosamokatlardan fərqli olaraq, snəqokatlar yalnız xüsusi icazə verilmiş ərazilərdə — əsasən park və skverlərdə istifadə oluna bilər. İcazə verilən zonadan çıxıldıqda cihaz avtomatik dayanır.
Elektrosneqokatların maksimal sürəti 10 km/saat, daşıma limiti isə 120 kq təşkil edir. Bir dəqiqəlik icarə haqqı tarifdən asılı olaraq 62,5 rubldan başlayır.
