Rusiyada Snapchat-ə giriş rəsmi şəkildə məhdudlaşdırılıb. Roskomnadzorun məlumatına görə, səbəb platformadan terror fəaliyyətlərinin təşkili üçün istifadə edilməsi olub. Qurum bildirir ki, Snapchat-in işinin məhdudlaşdırılması prosesi artıq 10 oktyabr tarixindən başlayıb.
Bundan əlavə, Rusiyada Apple-ın FaceTime xidmətinə də blok tətbiq edilib. Roskomnadzor 4 dekabrda təsdiqləyib ki, video və audiozəng servisinə qarşı məhdudiyyətlər Rusiya vətəndaşlarına qarşı müxtəlif cinayətlərin həyata keçirilməsi ilə əlaqədar olaraq tətbiq olunub.
Beləliklə, ölkədə həm Snapchat, həm də FaceTime rəsmi olaraq məhdudlaşdırılan xarici xidmətlərin siyahısına daxil edilib.
