Rusiyada yeni istifadəçilər artıq Telegram və WhatsApp-da qeydiyyatdan keçərkən zəng və SMS təsdiq mesajlarını tam şəkildə ala bilmirlər.
İddiaya görə, Rusiya mobil operatorlarına messencerlərin podratçıları tərəfindən göndərilən SMS və zənglərin ötürülməsini dayandırmaq göstərişi verilib. Məlumatlara əsasən, bəzi nömrələrə mesajlar çatır, digərlərinə isə yox. Məsələn, “MTS” və “Megafon” nömrələrinə SMS gəlir, amma “Beeline” nömrələrinə çatmır.
Xatırladaq ki, Roskomanadzor 2025-ci ilin avqustunda Telegram və WhatsApp zənglərinə qismən məhdudiyyət tətbiq etmişdi. Qurum bu addımı “məlumatların cinayətkar məqsədlərlə istifadəsinin qarşısını almaq üçün” atdığını bildirmişdi.
Oktyabr ayında isə tənzimləyici orqan ölkənin cənub bölgələrindəki nasazlıqlara cavab olaraq yenidən “qismən məhdudiyyətlər” tətbiq edildiyini açıqlamışdı.
 
					 
					





