Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi “uşaq SIM kartları”nın tətbiqinə başlayır. Nazir Maksut Şadayevin sözlərinə görə, valideynlər bundan sonra övladlarının yerləşdiyi yeri mobil operator vasitəsilə izləyə biləcəklər — bunun üçün artıq rəsmi müraciət və ya məhkəmə qərarı tələb olunmayacaq.
Yeni qaydalara əsasən, uşaqların SIM kartları yalnız valideyn razılığı ilə qeydiyyatdan keçiriləcək. Valideynlər “Gosuslugi” platforması üzərindən etibarlı şəxs təyin edə və uşağın geolokasiya məlumatlarını istənilən vaxt əldə edə biləcəklər.
Qeyd edək ki, bu qərar Rusiyada SIM kartların istifadəsinə dair nəzarətin gücləndirilməsi fonunda qəbul edilib.
