Az | EN

“SABAH.lab” Akselerasiya Mərkəzi tərəfindən “Baku ID” startaplar və innovasiyalar tədbiri keçirilir

Bənövşə Kazımova
18 İyul 2022 13:30
475 baxış
“SABAH.lab” Akselerasiya Mərkəzi tərəfindən “Baku ID” startaplar və innovasiyalar tədbiri keçirilir

“SABAH.lab” Akselerasiya Mərkəzi tərəfindən bugün“Baku ID” startaplar və innovasiyalar tədbiri keçirilir.

Tədbirdə “SABAH.lab”ın 21 rezident komandası və 9 müstəqil komanda çıxış edərək, tədbir iştirakçılarına öz startapları barədə ətraflı məlumat veriblər.

“Baku ID” tədbirinin keçirilməsində əsas məqsəd Azərbaycanın ən güclü startap layihələrini yerli və beynəlxalq investorlara və ekspertlərə təqdim etmək, həmçinin ölkənin innovasiyalar ekosisteminin gələcəyini müzakirə etməkdir.

© copyright 2022 | tech.az | info@tech.az