Az | EN

Samsung iPad və MacBook-a 3,1 milyard dollar sərmayə qoyacaq

Bənövşə Kazımova
07 Aprel 2023 17:11
339 baxış
Samsung iPad və MacBook-a 3,1 milyard dollar sərmayə qoyacaq

Samsung Electronics daxilindəki Samsung Display bölməsi OLED displeylərdə böyük təcrübəyə malikdir. Bu səbəbdən Apple kimi bəzi şirkətlər məhsullarında istifadə etdikləri OLED ekranlar üçün Samsung-a müraciət edirlər.

Şirkət iPad və MacBook kompüterləri üçün OLED displeylərin istehsalına 3,1 milyard dollar sərmayə qoyacağını açıqlayıb. Cənubi Koreyanın Asan şəhərində istifadə edilməsi planlaşdırılan vəsait istehsalı genişləndirməyə və artan tələbatı ödəməyə kömək edəcək.

Bölmənin yeni MacBook və iPad seriyalı cihazların displey istehsalı üçün geniş miqyaslı müqavilə imzaladığı barədə şayiələr var, lakin hələlik rəsmi açıqlama verilməyib.
 

© copyright 2022 | tech.az | info@tech.az