Az | EN

Savvy Games Group şirkəti Scopely oyun studiyasını 4,9 milyard dollara satın alır

Bənövşə Kazımova
07 Aprel 2023 12:00
421 baxış
Savvy Games Group şirkəti Scopely oyun studiyasını 4,9 milyard dollara satın alır

Səudiyyə hökumətinin İctimai İnvestisiya Fondunun bir hissəsi olan oyun və idman şirkəti olan Savvy Games Group 4,9 milyard dollara Scopely mobil oyun studiyasını almağa razılaşıb.

2011-ci ildə əsası qoyulan Scopely Star Trek Fleet Command, Marvel Strike Force, və Scrabble Go daxil olmaqla, bir neçə məşhur mobil oyunları ilə tanınır. Los-Ancelesdə yerləşən studiya 2020-ci ildə 340 milyon dollarlıq investisiya qaldırdıqdan sonra 3,3 milyard dollar dəyərində dəyər qazanıb. Həmçinin bildirilir ki, şirkət PC, konsol və daha yeni seqmentlərdə genişlənmək üçün çarpaz platformaya yönələcək.

Scopely-nin baş icraçı direktoru Cavir Ferreira verdiyi açıqlamada "Savvy Games Group portfelinin bir hissəsi olaraq, biz dünyanın ən çoxşaxəli mobil ilk oyun şirkətlərindən birini qurmağa davam edəcəyik”, - deyə bildirib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti video-oyun sənayesinin mərkəzi olmaq üçün 38 milyard dollar xərcləyib.

© copyright 2022 | tech.az | info@tech.az