Az | EN

Sega rəsmi olaraq “Angry Birds”ün tərtibatçısı Rovio-nu 775 milyon dollara satın alıb

Nail Valiyev
17 Aprel 2023 17:26
391 baxış
Sega rəsmi olaraq “Angry Birds”ün tərtibatçısı Rovio-nu 775 milyon dollara satın alıb

Bu gün elan edilib ki, Sega “Angry Birds”ün tərtibatçısı Rovio-nu satın alır. Baş ofisi Finlandiyada yerləşən mobil oyun tərtibatçısı 706 milyon avroya (təxminən 775 milyon dollar) alınacaq.

Sega Rovio vasitəsilə cari və gələcəkdəki mobil oyunlarını böyük liqalara gətirməyi planlayır. "Dünyada sevilən Angry Birds-ün tərtibatçısı, bacarıqlı və şirkətin oyunlarının inkişafında böyük dəstək göstərən işçiləri olan Rovio ilə belə bir əməliyyatın xəbərini elan edə bildiyim üçün sevinirəm" Sega Sammy-nin prezidenti və baş icraçı direktoru Haruki Satomi açıqlamasında bildirib.

Sega Rovio-nu almaqda maraqlı olduğunu bildirən ilk şirkət deyil. Mobil oyun tərtibatçısının əvvəllər İsraildə yerləşən Playtika tərəfindən satın alınması ilə bağlı müzakirələrdə gedirdi, lakin danışıqlar 2022-ci ilin martında rəsmi olaraq başa çatıb.

© copyright 2022 | tech.az | info@tech.az