Az | EN

Səlçuk Bayraktar ChatGPT-yə rəqib hazırlayır

Səbinə Eyvazova
10 Dekabr 2023 14:16
453 baxış
Səlçuk Bayraktar ChatGPT-yə rəqib hazırlayır

Türkiyədə keçirilən TakeOff Sammitində çıxış edən Səlçuk Bayraktar çıxışında bunu bildirib. O türkçə dil modeli əsasında yeni süni intellekt çatbotunu hazırladığını bildirib. T3 vəqfi nəzarətində başlanılan layihə artıq uğurlu nəticələr verməkdədir. Bu barədə S.Bayraktar danışarkən alınan nəticələrdən heyrətləndiyini bildirib. 

Süni intellekt haqqında "Süni intellekt buxar mühərriki və ya tikiş maşını kimi həyatımızı dəyişdirən və inkişaf etdirən bir ixtiradır. “Süni intellekt dediyimiz şey, çoxlu təkərləri arxa planda fırlanan mürəkkəb tikiş maşınına bənzəyir, bu, öz şüuru və ya inancı olan bir şey deyil." deyib. 

Layihəyə T3 Ailə adını verməyi düşündüklərini deyən Bayraktar, inkişaf etdirdikləri modelin mühəndislik, tibb və hüquq kimi spesifik tətbiqlər üçün faydalı olacağını ifadə etdi.

Qeyd edək ki, digər platformaların təhlükəsizlik məsələsinə görə S.Bayraktar olduqca həssasdır. Whatsapp-ın məlumatları paylaşacağını elan etməsindən sonra o, Signal istifadə etməyə başlamışdı. Həmçinin, Kanada şirkəti Bayraktar pilotsuz uçuş aparatları üçün kamera satmağı dayandırdıqdan sonra da yerli Türkiyə marakalarından kamera almağa başladı.

© copyright 2022 | tech.az | info@tech.az