Az | EN

Sem Altmen GPT-5-lə bağlı hazırlıqlara başlamadıqlarını açıqlayıb

Fidan Abbaszadə
09 İyun 2023 14:55
343 baxış
Sem Altmen GPT-5-lə bağlı hazırlıqlara başlamadıqlarını açıqlayıb

Federal Ticarət Komissiyası OpenAI-ın yeni GPT modellərini istifadəyə verməsinə mane ola bilər. The Center for AI and Digital Policy (CAIDP) Federal Ticarət Komissiyasına OpenAI ilə bağlı araşdırma tələbi ilə şikayət edib. Xatırladaq ki, CAIDP-nin prezidenti Mark Rotenberq və texnologiya liderlərinin imzaladığı açıq məktubda geniş şəkildə süni intellekt məhsullarının istehsalını dayandırılmalı olduğu bildirilmişdi.

Sem Altmen məktubda süni intellekt məsələsində harada dayanmalı olduqları ilə bağlı bir çox texniki nüansların qeyd olunmadığını iddia edərək, GPT-5 ilə bağlı hazırlıqlara başlamadığını və bir müddət bu mövzuda əlavə addım atmayacaqlarını bildirib.

Sem Altmen həmçinin bildirib: "Bu modellə bağlı hazırlıqlara başlamazdan əvvəl hələ çox iş görməliyik. Ehtiyacımız olduğunu düşündüyümüz yeni ideyalar üzərində işləyirik, lakin qətiyyən başlamağa hazır deyilik."

© copyright 2022 | tech.az | info@tech.az