Az | EN

Şifrəni süni intellektlə sındırmaq mümkündürmü? 

Nail Valiyev
10 Aprel 2023 16:47
622 baxış
Şifrəni süni intellektlə sındırmaq mümkündürmü? 

Süni intellekt bu gün müxtəlif məsələlərə dəstək versə də, parolun sındırılması kimi zərərli məqsədlər üçün də istifadə oluna bilər.

Kibertəhlükəsizlik tədqiqatçıları süni intellektin bu xüsususiyyətinə görə narahatdırlar. “Home Security Heroes” kibertəhlükəsizlik firmasının son hesabatında deyilir ki, parol sındıran alətlər süni intellektlə “daha ​​ağıllı” olur. PassGAN kimi süni intellekt üzərində qurulmuş parol sındıran proqramlar qısa müddətdə parolları deşifrə edir. Tədqiqat 15 milyondan çox parolu təhlil edib və məlum olub ki, ümumi parolların 51 faizi 1 dəqiqədən az müddətdə sındırıla bilər.

Onu da qeyd edək ki, ən azı 18 simvoldan ibarət parollar PassGAN kimi alətlərə qarşı etibarlı sayılır. Hesablarınızı təhlükəsiz saxlamaq üçün ən azı 15 simvoldan ibarət parollardan, həmçinin hərflərdən, rəqəmlərdən və simvollardan istifadə etməyi tövsiyə edilir.

© copyright 2022 | tech.az | info@tech.az