Amerika kosmik gəmisi və raket istehsalçısı SpaceX Starlink internet şəbəkəsi layihəsi çərçivəsində kosmosa daha 53 peyk göndərib.
İlon Maska məxsus SpaceX şirkəti interneti dünyanın hər bir əlçatmaz nöqtəsinə çatdırmaq layihəsi çərçivəsində yeni Starlink peyklərini buraxmağa davam edir.
Starlink internet peyk şəbəkəsinin bir hissəsi olacaq daha 53 peyk ABŞ-dakı Kennedi Kosmik Mərkəzindən SpaceX istehsalı olan Falcon-9 raketi ilə orbitə buraxılıb. Peykləri uğurla orbitə çıxardıqdan sonra raket Atlantik Okeanında dron gəmisinə uğurla enib.
Sözügedən buraxılışla SpaceX orbitdəki Starlink peyklərinin sayını 2900-ə çatdırıb. İlin sonuna qədər bu rəqəmin 4500-ə çatdırılması nəzərdə tutulur.
Starlink donanmasının qarşıdakı illərdə 12 min, daha sonra isə 42 min peykə qədər genişlənməsi gözlənilir.