Torontoda yerləşən generativ süni intellekt startapı Cohere C Seriyası turda 270 milyon dollar investisiya aldığını açıqlayıb. Inovia Capital-ın rəhbərlik etdiyi tura Nvidia, Oracle, Salesforce Ventures, DTCP, Mirae Asset, Schroders Capital, SentinelOne, Thomvest Ventures və Index Ventures qoşulub.
2019-cu ildə keçmiş Google tədqiqatçıları Aidan Gomez, Nick Frosst və Ivan Zhang tərəfindən qurulan Cohere çatbotlar və axtarış motorları kimi süni intellektlə işləyən məhsulların tətbiqi üçün başqaları tərəfindən istifadə oluna bilən texnoloji infrastruktur inkişaf etdirir. Cohere-nin generativ süni intellektləri müəssisə xidmətlərinin inkişafı üçün platforma təqdim edir. O, OpenAI kimi mətn yaratmaq və şərh etmək üçün istifadə edilə bilən dil modelləri və ya LLM istehsal edir. Müştərilər Cohere-nin LLM-lərinə daxil olmaq, həmçinin xüsusi axtarış mühərriki və ya çatbot kimi proqramlar qurmaq üçün pul ödəyirlər.