Rusiyanın T-Bank-ı bankçılığa tamamilə fərqli bir hava qatdı — sözün əsl mənasında. Bank "Black" adlı ətirli bank kartları seriyasını təqdim edib və bu qeyri-adi məhsul Rusiyada ilk hesab olunur. Kartlar limitli sayda buraxılıb və altı fərqli qoxuda təqdim olunur: şokolad, koks, şam ağacı, çiyələk, nanə və “Love Is” saqqızını xatırladan nostalji bir aroma.
Kartın üzərindəki xüsusi qoxu örtüyü sayəsində onlara toxunduqda və ya ovuşdurduqda ətir daha da güclənir. T-Bank-ın rəsmisi Vladimir Lyubimov-un sözlərinə görə, bu kartlar istifadəçiyə təkcə gündəlik maliyyə əməliyyatlarında rahatlıq deyil, həm də yayla bağlı xoş xatirələri – meşə gəzintisi, dəniz istirahəti və ya bağda dərilən təzə çiyələkləri xatırladan hisslər yaşadır. Qoxu, dizayn və texnologiyanın birləşdiyi bu məhsul, bank xidmətlərini daha emosional və yaddaqalan hala gətirməyi hədəfləyir.
Kartların dəqiq neçə nüsxədə buraxıldığı hələ açıqlanmayıb, amma aydındır ki, bu yay bank kartı seçmək artıq yalnız funksionallıqla deyil, qoxu ilə də bağlı olacaq.