Az | EN

Tarixdə ilk dəfə futbol üzrə Avropa Liqasının matçı TikTok-da canlı yayımlanacaq

Bənövşə Kazımova
09 Aprel 2022 13:30
228 baxış
Tarixdə ilk dəfə futbol üzrə Avropa Liqasının matçı TikTok-da canlı yayımlanacaq

İspan futbolunun ən yüksək liqası olan La Liqanın populyar komandaları Real Sociedad və Real Betis ilə yaxın günlərdə oynanılacaq matçın liqa tarixində bir ilkə imza atacağı açıqlanıb. Verilən açıqlamalara görə, liqanın yayımçısı aprelin 15-də Real Sociedad meydanında oynanılacaq qarşılaşmanı məşhur sosial media platforması TikTok-da tamaşaçılarla bir araya gətirəcək. Belə ki, səlahiyyətlilər, yayımlanan Gol TV-nin TikTok hesabında yayımlanacaq matçın İspaniya futbolunda bir ilkə imza atacağını vurğulayaraq, yayım zamanı 30-dan çox adamın növbətçi olacağını açıqlayıb. Qurumun televiziya kanalında da yayımlanacaq matçın yayımında 4K çəkiliş üçün xüsusi cihazdan istifadə ediləcəyi də açıqlamalarda bildirilib. Qeyd edək ki, internetdən istifadənin sürətlə artması səbəbindən dünyada bir çox insan vaxtını rəqəmsal mediada keçirir. Bu səbəbdən bir çox sahələrdə şirkətlər və təşkilatlar xidmətlərini bu cür platformalara daşıyaraq daha geniş auditoriyaya çatmağı hədəfləyir. Hamımızın bildiyi kimi, dünyada ən çox sevilən və izlənilən sahələr arasında olan idman sahələri də bu vəziyyətdən yararlanır.

© copyright 2022 | tech.az | info@tech.az