Cümə axşamı Böyük Britaniyanın ən böyük mobil şəbəkə operatoru “O2” telefon fırıldaqçılarını əsəbiləşdirmək üçün hazırlanmış “AI Granny” çatbotu təqdim edib.
Deyzi adlanan çatbot həmsöhbət olmaq üçün xeyli vaxtı olan yaşlı qadını təqlid edir. Belə ki, o öz bank məlumatlarını əldə etməyə çalışan fırıldaqçılarla toxuculuq, öz pişiyi Flafi və s mövzular barədə söhbət edərək onları xeyli yubandırır.
“O2”ın "AI Granny" ilə bağlı press-relizində deyilir ki, o fırıldaqçılara cavab verməzdən öncə xüsusi dil modeli vasitəsilə əvvəl zəng edənin səsini mətnə, sonra isə cavab vermək üçün yazdığı mətni nitqə çevirən müxtəlif süni intellekt modellərini özündə birləşdirir. Həmçinin çatbot böyük izləyici kütləsi olan və fırıldaqçılarla mübarizədə ekspert Cim Brovninq tərəfindən öyrədilib.
Çatbotun fəaliyyətini real praktikada görmək çox əyləncəlidir. Keçən il “FBI” yaşlı insanlardan fırıldaq yolu ilə 3.4 milyard pul oğurlandığını bildirib. Bu rəqəm 2022-ci ilin statistikası olan 3.1 milyard dollardan daha çoxdur. Süni intellekt və səs təqlidinin inkişafı ilə bu rəqəmlər getdikcə daha da artır.