Az | EN

Təsisçilər təsisçilərə dəstək olacaqlar

Cəmil Hüseynzadə
17 Avqust 2023 17:43
330 baxış
Təsisçilər təsisçilərə dəstək olacaqlar

ABB Innovation 4-cü İnkubasiya proqramının qeydiyyatını açıq elan edib. İnkubasiya proqramının əsas məqsədi startaplara dəstək olub, onların inkişafını sürətləndirməkdir. Startaplar proqrama qoşulmaqla bir sıra imtiyazlardan istifadə edə biləcəklər:

  • Beynəlxalq təcrübəli mentorların dəstəyi
  • Sahə mütəxəssisləri ilə əməkdaşlıq
  • İnvestorlara çıxış
  • Mərkəzin təqdim etdiyi digər imkanlar. Bundan əlavə, startaplar ABB kimi nüfuzlu maliyyə institutu ilə əməkdaşlıq etmək imkanı əldə edəcəklər.

3 aylıq proqram boyunca startapların inkişaf prosesinə peşəkar izləyicilər nəzarət edəcək. Bu müddət ərzində izləyicilər irəliləyişi diqqətlə təhlil edəcək və ideyalarını təkmilləşdirmək üçün startaplara lazımi məsləhət və təlimatlar verəcəklər. Proqramın izləyiciləri Orxan Əhməd, Çoşqun Kərimov, Asif İbrahimov və Rauf Şükürlüdür.

Həmçinin, 12 həftəlik proqram ərzində iştirakçılar beynəlxalq səviyyədə təcrübəli mentorların dəstəyi ilə startapınızı MVP-yə çevirmək şansını əldə edirlər. Proqramın mentorları Toğrul Səməd , Baba Ağayev , Zeynal Kərimzadə , Cəsur Həsənov , Elşad Yusifli, Rauf Heydərli, Orxan Əhməd, Günay İmanzadə, Madyan Malfidir.

4-cü İnkubasiya proqramına qoşulmaq üçün bu linkdən qeydiyyatdan keçə bilərsiniz. 

© copyright 2022 | tech.az | info@tech.az