Az | EN

Tesla avtomobilləri qəza halında avtomatik olaraq təcili yardım xidmətlərinə zəng edəcək

Səbinə Eyvazova
11 Dekabr 2023 15:03
291 baxış
Tesla avtomobilləri qəza halında avtomatik olaraq təcili yardım xidmətlərinə zəng edəcək

Tesla 2023 "Holiday Update" adı altında avtomobillərinə yeni xüsusiyyətlər əlavə edir.

Bu yeniləmə paketinin əsas xüsusiyyəti qəza zamanı avtomobilin təhlükəsizlik yastıqları işə salındıqda avtomatik olaraq 911-ə zəng etmək imkanıdır. Bu xüsusiyyət xüsusilə şəhərdən kənarda və ya təcili xidmətə çatmağın çətin olduğu ərazilərdə baş verən qəzalar zamanı çox vacibdir.

Bundan əlavə, yeniləməyə Apple Podcast dəstəyi, qapı kilidinin səsinin dəyişdirilməsi, arxa oturacaq sərnişinləri üçün Bluetooth qulaqlıq dəstəyi, arxa ekranda toxunma oyun dəstəyi, naviqasiyada radar və svetofor göstəriciləri kimi funksiyalar daxildir. 

© copyright 2022 | tech.az | info@tech.az