Az | EN

Tesla bir ildə altıncı dəfə elektrik avtomobillərinin qiymətlərinə endirim edib

Nail Valiyev
19 Aprel 2023 17:20
299 baxış
Tesla bir ildə altıncı dəfə elektrik avtomobillərinin qiymətlərinə endirim edib

Tesla bu il altıncı dəfə elektrik avtomobillərinin qiymətlərinə endirib edib. Model 3-ün qiymətinin aşağı salınması ilə, artıq yeni qiymətlər 39,990 dollardan başlayır. 

“Long Range” və “Performance Model Y” avtomobilləri indi əvvəlkindən 3000 dollar ucuzdur. Tesla bu ilin yanvarında 2022-ci il üçün qazancını açıqlayanda Elon Musk şirkətin "istehsal miqdarından demək olar ki, iki dəfə çox" sifariş götürdüyünü bildirib.

Bloomberg-in verdiyi məlumata görə, Tesla tələbin davamlılığını təmin edə bilməyib və tədarüklərin miqdarı azalıb. Şirkət müştərilərə təhvil verdiyindən minlərlə daha çox avtomobil istehsal etdiyinə görə, endirimlər böyük ehtimal ki, mövcud maşınları satmaq və gələcəkdə tələbi artırmaq üçün həyata keçirilib. Tesla qarşısına məqsəd qoyub ki, bu il 1,8 milyon tədarük edilsin.

© copyright 2022 | tech.az | info@tech.az