Az | EN

Tesla Çində satdığı bütün avtomobillərin geri gətirilməsini tələb edib

Fidan Abbaszadə
13 May 2023 12:09
293 baxış
Tesla Çində satdığı bütün avtomobillərin geri gətirilməsini tələb edib

Tesla qəza riskini artıra biləcək bir xəta səbəbindən Çində satdığı demək olar ki, bütün avtomobilləri geri çağırmaq qərarına gəlib. Bildirilib ki, avtomobillərdə yaranan nasazlıq sürücülər ayaqlarını qaz pedalından çəkərkən yaranan enerjini avtomobilin akkumulyatoruna göndərərək enerjini təkrar istifadə etdirən regenerativ əyləc sistemi ilə bağlıdır.  

Səlahiyyətlilər həmçinin qeyd ediblər ki, Tesla-nın avtomobilləri sürücülərə regenerativ əyləcin intensivliyini tənzimləməyə imkan vermir və qaz pedalına uzun müddət basılan zaman sürücülərə xəbərdarlıq etmir.  Bu vəziyyətin pedalın düzgün hərəkət etməməsi ehtimalını artırdığı bildirilib. Yenilənmə ilə sürücülər regenerativ əyləc sisteminin parametrlərini dəyişərək istədikləri kimi istifadə edə biləcəklər.  Sürücülər uzun müddət qaza basdıqda avtomobil bununla bağlı xəbərdarlıq edəcək.

Tesla indiyədək əyləclə bağlı çoxlu şikayətlər alıb və iddialarla razılaşmayıb.  Bu son açıqlama ilə elektrik avtomobil istehsalçısı ittihamları qəbul edib.

© copyright 2022 | tech.az | info@tech.az